Putin təlimə hərbi geyimdə gəldi - VİDEO

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Nijni Novqorod vilayətində keçirilən “Qərb-2025” adlı genişmiqyaslı hərbi təlimlərə hərbi formada qatılıb.

TASS-ın məlumatına görə, Putin poliqonda nümayiş etdirilən hərbi texnika və silahları izləyib, həmçinin müdafiə naziri Andrey Belousovun məruzəsini dinləyib.

Prezidentin həmçinin “Strekoza” adlı istilikgörüntülü eynəkləri sınaqdan keçirdiyi bildirilir. 

 

Musavat.com

16.09.2025 21:23
938