Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin Təhlükəsizlik Şurasının müşavirəsində ABŞ prezidenti Donald Trampla telefon danışığının nəticələrini və Birləşmiş Ştatlarla inkişaf edən əlaqələri müzakirə edib.//APA

14.02.2025 17:45
680