"Rusiya Tacikistana iki diviziya "S-300" zenit-raket kompleksi tədarük edib".
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Ümumiyyətlə, biz işləməyə hazırıq, bütövlükdə KTMT üzrə bu işi davam etdirməyə və başa çatdırmağa hazırıq”, - Putin vurğulayıb.
Putinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə hava hücumundan müdafiə vahid sistemi üçün onların tədarükləri başa çatmaq üzrədir.
Qeyd edək ki, noyabrın 21-də Tacikistan prezidenti Əli Rahmon Rusiyaya səfər edib.
Musavat.com