Putin: “Rusiyaya Donbas probleminin sülh yolu ilə həlli üçün şans verilməyib”

Əgər Donbas probleminin sülh yolu ilə həll etmək üçün yalnız bir şans olsaydı, biz bu şansdan istifadə edərdik.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Putin bu şansın onlara verilmədiyini söyləyib.

Rusiya Prezidenti Donbassdakı xüsusi əməliyyatın icra olunduğunu, nəticəyə nail olunacağına heç bir şübhə olmadığını vurğulayıb.

09.05.2022 17:57
746