"Ukrayna xalqı Rusiyanın düşməni deyil".
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu “Kreml” Telegram kanalında yayımlanan Rusiya “Qələbə” təşkilat komitəsinin iclasında prezident Vladimir Putin deyib.
O izah edib ki, anlaşılmazlıq yaratmamaq və Moskvanın hansı məqsədlər güddüyünü, Rusiyanın kimin düşməni olduğunu aydınlaşdırmaq üçün müxtəlif məlumatlar təqdim etmək lazımdır.
“Rusiyanın düşməni Ukrayna xalqı deyil, bu qeyri-insanlar və onların törəmələridir, - deyə prezident Ukraynada Bandera qurbanları haqqında danışarkən vurğulayıb.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, bütün NATO sistemi praktiki olaraq Rusiyaya qarşı açıq mübarizə aparır. O qeyd edib ki, Rusiyanın əleyhdarları ölkəni yer üzündən silməyə çalışırlar.
Musavat.com