Putin: Rusiyada özəl hərbi şirkət yoxdur

Rusiyada özəl hərbi şirkət yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

O, Rusiyada özəl hərbi şirkətlərin olmadığını söyləyib: "Rusiyada ÖHŞ yoxdur, onlar bizdə olmayıb və indi də mövcud deyil".

Putin artıq 335 min nəfərin Müdafiə Nazirliyi ilə müqavilə imzaladığını da qeyd edib.

05.10.2023 22:34
510