Rusiya Prezidenti Vladimir Putin Novo-Oqaryevoda Təhlükəsizlik Şurasının daimi üzləri ilə dekabrın 1-də görüş keçirəcək.
“Report” Rusiya Kİv-inə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov bildirib.
O, Vladimir Putinin Oqaryevoda fəaliyyətini davam etdirdiyini də qeyd edib: “Günorta saatlarında o, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə məsləhətləşmələr aparmaq niyyətindədir”.
D. Peskov daxili məsləhətləşmənin qapalı keçəcəyini də vurğulayıb.