Hələ Ukraynanın Kursk əməliyyatının ilk günlərində Qərb mətbuatında belə bir məlumat dərc edilmişdi ki, həmin əməliyyatdan əvvəl Ukrayna ilə Rusiya arsında enerji obyektlərinin vurulmasını qarşılıqlı şəkildə dayandırmaq məqsədilə danışıqlar aparılıb. Bu danışıqlar birbaşa xarakter daşımayıb və Qətərin paytaxtı Dohada BƏƏ-nin vasitəçiliyilə həyata keçirilirmiş. Məlumatda hətta tərəflərin razılığa gəlmək üzrə olduğu qeyd edilirdi və iddia olunurdu ki, məhz Kursk əməliyyatı nəticəsində danışıqlar dayandırılıb.
“AzPolitika” xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiya-24” kanalına müsahibəsində həmin danışıqların mövcudluğunu təsdiqləyib.
O, iddia edib ki, Ukrayna tərəfi Kursk vilayətinə hücum etməzdən əvvəl Moskvaya enerji obyektlərinə və bir sıra digər kateqoriyalı hədəflərə qarşılıqlı şəkildə zərbə endirməmək barədə razılaşma təklif edib. Onun dediyinə görə, hətta Putin buna razılıq da verib, amma Ukrayna sonradan öz təklifindən imtina edib: “Türkiyə bizə müraciət etdi və dedi ki, onlardan(Ukrayna-red.) belə bir təklif gəlib. Gəlin enerji obyektlərinə, nüvə enerjisi obyektlərinə və Qara dənizdəki mülki ticarət donanmasına zərbələr endirməmək barədə üzərimizə öhdəlik götürək. Bizim prezident qərar verdi və dedi ki, bəli, bunu edək”.
Şoyqu iddia edib ki, bir müddət sonra Ukrayna bu şərtlərə razılıq verməkdən imtina edib və bu, Rusiya tərəfini təəccübləndirib: “Bir müddət sonra “yox, yox, biz bu razılaşmaya getməyəcəyik” demələri bizim üçün böyük sürpriz oldu”.
Xatırladaq ki, tərəflərin enerji infrastrukturuna (Ukraynanın elektrik stansiyaları və elektrik ötürücü xətlərinə, Rusiyanın neftayırma zavodları və neft anbarlarına) hücumdan qarşılıqlı imtinanı müzakirə etməsini avqustun 17-də “The Washington Post” yazıb. Qəzet iddia edirdi ki, danışıqlar avqustda Dohada Qətərin vasitəçiliyi ilə başlamalı idi, lakin avqustun 6-da Ukraynanın Kursk bölgəsinə hücumundan sonra Rusiya tərəfi müzakirələri “təxirə saldı”.
Ancaq həmin yazıda Şoyqunun dediyi nüvə enerjisi və ticarət donanmasından bəhs edilmirdi. Şoyqu isə göründüyü kimi, əlavə detalları da açıqlamaqla bu danışıqları faktiki təsdiqləyir.
Bu isə Kremlin digər təmsilçisi – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 18-də verdiyi bəyanatla tam ziddiyyət təşkil edir. Belə ki, həmin vaxt Zaxarova “Rusiya ilə Kiyev rejimi arasında mülki əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyinə dair birbaşa və ya dolayı danışıqlar aparılmayıb və davam etmir” demişdi.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: