Putin Qərbin dollar siyasətindən danışdı: Bu, axmaqlıqdır, düzəltmək lazımdır

“Qərb ölkələri dollardan imtinaya sövq edən axmaq hərəkətləri ilə səhv etdiyini artıq başa düşür”.

Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

“ABŞ-ın Maliyyə Nazirliyi və hökumət orqanları öz ehtiyatsızlığı ilə yanaşı, qeyri-peşəkar və axmaq hərəkətləri ilə bu prosesi irəli aparır. Düşünürəm ki, onlar artıq səhv etdiklərini başa düşürlər, lakin bu çuxurdan çıxa bilmirlər. Görünür, səhv etdiklərini etiraf etməkdən çəkinirlər. Amma nəyisə düzəltmək lazımdır, onlar görürlər ki, istifadə etdikləri alətlər işləmir”.

O qeyd edib ki, belə vəziyyətdə Rusiya və onun dost ölkələri ödənişlərində milli valyutalara keçir. Bununla belə, hazırkı Qərb liderləri öz siyasətlərindən əl çəkməyə hazır deyillər.

“Görünür, bunu yalnız bugünkü siyasətçilər nəslini əvəz edəcək insanlar edə bilər. Çünki nəyisə dəyişmək səhvləri etiraf etmək deməkdir. Aydın olur ki, çətindir. Bu davranışın səbəbi nədir?
Belə anlaşılır ki, hər şeyin dağılacağına ümid edirdilər. Ona görə də dollar xidmətindən imtina etdilər.
Amma tendensiyalar aydın deyil. Onlar sadəcə olaraq, bu proseslərə təkan verirlər, lakin valyutadan istifadə tendensiyaları Rusiya iqtisadiyyatının inkişafı ilə bağlıdır”, - Putin bildirib.

Şahanə Rəhimli
Musavat.com

05.09.2024 12:25
668