Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Qərbin Ukraynadakı münaqişəni uzatmaq kursu yanlışdır.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident Vladimir Putin Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimində çıxışı zamanı deyib ki, Rusiyanı məğlub etmək üçün “xəyali hesablamaları” ancaq onun tarixini bilməyənlər və birliyinin gücünü başa düşməyənlər edə bilər.
Putin yeni səfirlərin Rusiya Federasiyasında işlədikləri müddətdə təmsil etdikləri dövlətlərin paytaxtlarında Rusiya və onun siyasətinə “daha obyektiv və qərəzsiz baxışın formalaşmasına” kömək edəcəklərinə ümid etdiyini bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com