Putin qaydaları SƏRTLƏŞDİRDİ - 10 ilədək HƏBS...

Putin qeyri-qanuni miqrasiyada iştiraka görə cəzanı sərtləşdirən qanun imzalayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, xüsusilə əcnəbilərin Rusiya Federasiyasına qanunsuz daxil olmasının və qalmasının təşkilinə, habelə ölkədən tranzit kimi istifadəsinə görə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qanunla ağırlaşdırıcı hallarda həbs müddətini də artırılıb. Qanuna əsasən bu şəxsləri 5 ildən 10 ilədək həbs gözləyir.

Bundan başqa, qərarda cərimələrin artırılması, qadağaların müddətinin uzadılması da nəzərdə tutulub.

Toğrul İSMAYIL,
Musavat.com

09.11.2024 23:18
858