Putin Pezeşkianla görüşəcək

"Rusiya Prezident Vladimir Putin oktyabrın 11-də Aşqabadda İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirəcək və orada Yaxın Şərqdə kəskin pisləşən vəziyyəti müzakirə edəcək".

Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

"Biz artıq bir görüş barədə razılığa gəlmişik, bu, İran prezidenti Pezeşkianla görüşdür. Görüş həm ikitərəfli məsələlərin müzakirəsi, həm də Yaxın Şərqdə kəskin şəkildə gərginləşmiş vəziyyətin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir", - deyə Uşakov Putinin Aşqabadda gözlənilən səfərindən danışıb.

07.10.2024 23:46
267