Putin Pezeşkianı Rusiyaya dəvət etdi - Bu tarixdə GÖRÜŞƏCƏKLƏR

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiana BRİKS sammitində iştirak etmək üçün rəsmi dəvət göndərib.

Musavat.com Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali məlumat verib.

O bildirib ki, BRİKS sammiti çərçivəsində İran və Rusiya arasında hərtərəfli uzunmüddətli əməkdaşlıq sazişinin imzalanması ehtimalı var.

Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Rusiya Federasiyasının Kazan şəhərində keçiriləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

17.08.2024 12:41
908