Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kreml Sarayına gedən İran prezidenti Məsud Pezeşkian və onu müşayiət edən heyət bir saat gözlədilib.
Bu barədə “İran İnternational” məlumatlı mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, Rusiya tərəfi İran prezidentinə Putinin hazır olmadığını bildirərək, ya gözləmə zalında qalmağı, ya da hotelə qayıdıb daha sonra Kremlə geri gəlməyi tövsiyə edib.
Həmçinin, Məsud Pezeşkianın yaxın çevrəsinə istinadən yayılan xəbərə görə, Rusiya tərəfi iranlı jurnalistlərə qarşı da yaxşı münasibət göstərməyib.
Mənbə: GünazTv
Musavat.com