Putin Paşinyanla Qarabağı müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlələr üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Vladivostok İqtisadiyyat Forumu çərçivəsində keçiriləcək görüşdə Putin Paşinyanla Qarabağı müzakirə edəcək.

05.09.2022 17:16
1067