Rusiyanın ABŞ-dəki səfiri Anatoliy Antonov vəzifəsindən azad edilib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sərəncam imzalayıb.
Rusiya KİV-in məlumatına görə, Antonov bu həftə sonu Moskvaya qayıdıb.
O, 2017-ci ildən bu vəzifəni icra edib.