Rusiya prezidenti Vladimir “Putin Crocus City Hall”da baş verən terror aktından sonra gecəni yuxusuz keçirib.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
Peskovun sözlərinə görə, departament rəhbərləri vaxtından asılı olmayaraq prezidentə hesabat veriblər.
"Bütün bunlar səhərə qədər davam etdi", - Peskov deyib.
Onun sözlərinə görə, bütün zərərçəkənlər xəstəxanalara yerləşdiriləndə və ilk əməliyyatlar aparılarkən baş nazirin müavini Tatyana Qolikova bu barədə Putinə məlumat verib.
"Belə məqamlarda heç kimin, xüsusən də dövlət başçısının yatmağa vaxtı yoxdur", - Peskov qeyd edib.