"Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında iştirak edib-etməyəcəyi hələ dəqiq deyil".
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Xeyr, hələ məlum deyil",- deyə Peskov mətbuat nümayəndələrinə cavab verib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransı 11-24 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.
Şahanə Rəhimli
Musavat.com