Putin Mişustini Baş nazir təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş nazir postuna təyin edilməsi haqqında fərman imzalayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Mişustini Rusiya Federasiyasının hökumət sədri vəzifəsinə təsdiq edib.

Musavat.com

10.05.2024 19:20
4070