Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub.
Musavat.com xəbər verir ki, Sevinc Telmanqızının təqdim etdiyi "Səhər Xəbər" verilişində Rusiya Prezidenti Vladimir Putinin NATO-nun genişlənməsini "ədalətsiz" adlandırması müzakirə edilib.
Putin, NATO-nun genişlənməsinin Rusiya üçün təhlükə yaratdığını və bu addımların Moskvanın təhlükəsizlik maraqlarını nəzərə almadığını bildirib. O, NATO-nun Şərqi Avropada güclənməsini Rusiyanın təhlükəsizliyinə ciddi təhdid kimi dəyərləndirib.
NATO isə bu genişlənməni və Ukraynaya dəstəyi Avropanın müdafiəsi və sülhün qorunması üçün vacib hesab edir.
Ətraflı videoda: