Kremlin məlumatına görə, Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb.
Musavat.com xəbər verir ki, Rusiya və İran liderləri telefon danışığında İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra Yaxın Şərqdəki vəziyyəti və Tehranın cavab tədbirlərini müzakirə ediblər.
Rusiya Federasiyasının prezidenti ümidvar olduğunu bildirib ki, bütün tərəflər ağlabatan təmkin nümayiş etdirəcək və qarşıdurmanın yeni raunduna imkan verməyəcək.
İbrahim Rəisi İranın hərəkətlərinin məcburi və məhdud xarakter daşıdığını qeyd edərək, onun daha da gərginləşməsində maraqlı olmadığını vurğulayıb.
Musavat.com