Putin G20 ölkələrinin sammitində iştirak edə bilər

Rusiya prezidenti Vladimir Putinin G20 ölkələrinin sammitində və Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammitində iştirakı məsələsi Kremldə müzakirə olunur.

Trend-in məlumatına görə, bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bununla bağlı qərar yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında, APEC iclası noyabrın 18-19-da Tailandın paytaxtı Banqkokda keçiriləcək.

09.11.2022 15:17
557