Putin Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb

Rusiya və Türkiyə prezidentləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidəki üçtərəfli görüşün yekunlarını müzakirə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığına dair yaydığı məlumatda bildirilib.

Ərdoğandan Ermənistana çağırış: Azərbaycanla sülh müqaviləsini imzalayın, biz də sərhədlərimizi açaq
"Telefon danışığında Rusiya Federasiyası Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələri də müzakirə olunub", deyə Kremlin məlumatında qeyd olunub.

01.11.2022 20:02
642