Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib. Rusiya prezidenti Ərdoğanın ölkəsində və xaricdə yüksək nüfuzunu, türk xalqının mənafeyi naminə uzun illər dövlət fəaliyyətini, xüsusilə Türkiyənin mövqeyinin beynəlxalq aləmdə möhkəmləndirdiyini qeyd edib.
Putin Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin inkişafına mühüm töhfəsini də vurğulayıb. Telefon danışığı zamanı ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə qarşılıqlı sadiqlik təsdiqlənib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
Eyni zamanda Ərdoğana təbrik teleqramı göndərilib.
Nigar HƏSƏNLİ,
Musavat.com