Putin Ərdoğana qarşı XAİN PLANI belə hazırlayıb - Türkiyə ilə Rusiya buna görə TOQQUŞACAQ!

Türk dövlətlərinin – Özbəkistan və Qazaxıstandan sonra Türkmənistanın da yunan Kiprində səfirlik açması müəyyən sualları yaradır.

- Bu, Türkiyəyə qarşı atılmış addımdır?

- Kiprlə diplomatik münasibətlər quran türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımayacaq?

Məsələnin bu cür qoyuluşu mübahisələndirilə bilər, çünki BMT üzvü olan yunan Kipri müstəqil dövlət kimi tanınır və adıçəkilən türk dövlətləri də ada dövlətlə diplomatik münasibətlər qurmaq istiqamətində addım atırlar. Mərkəzi Asiya ölkələrinin bu addımı Avropa Birliyi ilə siyasi-iqtisadi əlaqələrin perspektivləri fonunda atdığını düşünmək olar, hərçənd, başqa bir ehtimal da diqqətdən qaçmamalıdır:

Siyasi kluarlarda müzakirə olunan bir başqa versiya isə bu ölkələrin Rusiyanın təsiri ilə Türkiyəyə qarşı çıxmasıdır. Əslində nələr baş verir? Türkiyənin gücünü azaltmaq üçün türk dövlətlərindən istifadə edilir? Bu, növbəti Türkiyə-Rusiya gərginliyinə səbəb ola bilərmi?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

19.04.2025 11:54
1010