“30-a yaxın ölkə “bu və ya digər formada” BRİKS assosiasiyasına qoşulmağa hazırdır”.
Bunu Rusiya prezidenti Vladimir Putin yanvarın 1-dən Moskvanın BRİKS-ə sədrliyinə başlaması ilə bağlı müraciətində deyib.
“Ümumiyyətlə, Rusiya BRİKS çərçivəsində üç əsas sahədə tərəfdaşlıq əməkdaşlığının bütün spektrini inkişaf etdirmək üçün səylərini davam etdirəcək: siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr”, - mesajda deyilir.
Putin əlavə edib ki, Moskva assosiasiyanın “orbitində iştirak edən” bütün dövlətlərlə səmərəli işləməyi səbirsizliklə gözləyir.
BRICS-ə 10 dövlət daxildir. (Publika.az)