Putin də oruc tutur?

Martın 3-dən etibarən pravoslav xristianları üçün Böyük Oruc başlayıb və bu mərhələ aprelin 20-də yekunlaşacaq.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, jurnalistlər bu müddətin başlanması fonunda prezident Vladimir Putinin oruc tutub-tutmaması ilə maraqlanıblar.

Bu sualla Kremlin rəsmi nümayəndəsi Dmitri Peskova dəfələrlə müraciət edilib. O, əvvəlcə bu məsələnin dəqiqləşdiriləcəyini bildirib.

Lakin dünən yenidən eyni sualla qarşılaşan Peskov belə cavab verib: “Bu barədə danışıb-danışmamaq barədə düşündük. Ancaq bunun çox müqəddəs bir mövzu olduğunu nəzərə alaraq, bu məsələnin detallarını ictimaiyyətə açıqlamağın zəruri olmadığını hesab edirik”.

Musavat.com 

07.03.2025 11:29
790