Putin bu gün Azərbaycana gəlir

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək.

Səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.

"Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq", - məlumatda deyilir.

Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.\\"Report" 

18.08.2024 01:57
1257