Putin: Bu dövlət yaradılmalıdır

Rusiya Fələstin məsələsinin tam həlli üzrə səylərin zəiflədilməməsinə çağırır və bu, müstəqil dövlətin yaradılmasını dəstəkləyir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkian ilə danışıqların yekunları üzrə məlumat verib.

“Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüququn tanınmış əsasları üzərində hərtərəfli həlli istiqamətində səylərin zəiflədilməməsi vacibdir. Bu, İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur”, - deyə Putin bildirib. 

Mənbə: https://tass.ru/politika/22908553

 

Musavat.com

18.01.2025 02:09
2586