Putin BRİKS-in SWIFT-indən danışdı: Mərkəzi banklar arasında...

BRİKS ölkələri mərkəzi banklar arasında SWIFT-in analoquna çevriləcək maliyyə məlumatlarının mübadiləsinin təşkili üzərində işləyirlər.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə deyib: “Bu, mərkəzi banklar arasında maliyyə məlumatlarının mübadiləsi sistemidir, beynəlxalq hesablaşmaları təmin edən SWIFT-in analoq”.

Putinin sözlərinə görə, milli valyutaların istifadəsinin genişləndirilməsi və bu cür işi təhlükəsiz edəcək alətlərin yaradılması imkanları da araşdırılır:

“Biz, artıq qeyd etdiyim kimi, elektron alətlərdən istifadə imkanlarını nəzərdən keçiririk və belə bir iş gedir - mərkəzi banklar arasında əlaqələrin qurulması və bu beynəlxalq təşkilatlardan asılı olmayan etibarlı maliyyə məlumatlarının mübadiləsini təmin etmək. Çünki maliyyə məlumatlarının mübadiləsi üçün müəyyən məhdudiyyətlər qoyan alətlər siyasi səbəblərdəndir və qlobal iqtisadiyyatın prinsiplərini pozur”.

Musavat.com

18.10.2024 20:01
408