“Rusiya bundan sonra da Türkiyəni qazla təmin edəcək”.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşdən sonra Rusiya lideri Vladimir Putin deyib.
O, ölkəsinin etibarlı tərəfdaş və satıcı olduğunu vurğulayıb.
Putin bildirib ki, Rusiya qazı Türkiyə üzərindən üçüncü ölkələrə tranzit olaraq nəql etməyə də hazırdır: “Biz bundan sonra da Türkiyə iqtisadiyyatını bu ucuz və ekoloji baxımdan keyfiyyətli məhsulla təmin etmək niyyətindəyik. Hətta biz Türkiyə üzərindən tranzit olaraq qazı digər ölkələrin istehlakçılarına da çatdırmağa hazırıq”.
Rusiya prezidenti Türkiyədə yaradılması planlaşdırılan qaz habı məsələsinə də toxunaraq, onun işə başlaması üçün zəruri olan bir neçə addım üzərində işlənildiyini qeyd edib.
Musavat.com