Putin “Bir kəmər, bir yol” forumu üçün Çinə gedəcək

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinin Çinə səfər dəvətini qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Qeyd olunur ki, Rusiya liderinin səfəri oktyabrda baş tutacaq. O, “Bir kəmər, bir yol” forumunda iştirak edəcək.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdi ki, Putin oktyabrda Si Cinpinlə danışıqlar aparmağı planlaşdırır.

Musavat.com

 

20.09.2023 15:25
638