Putin avropalı siyasətçilərlə məzələndi: "ABŞ desə ki, sizi asıram...."

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın rəhbərliyindən tamamilə asılı olan avropalı siyasətçilərin hərəkətlərini ironik şəkildə şərh edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Putin "Rossiya-1" telekanalına müsahibəsində deyib: "Bilirsiniz, bəzən mənə elə gəlir ki, Avropa siyasətçilərinə okeanın o tayından nə deyilsə, onlar edirlər".

Prezident vəziyyəti düşündüyü kimi təsvir edb: “Əgər sabah onlara  deyilsə ki, biz hamınızı asmaq qərarına gəlmişik”, o zaman onlar küt-küt baxaraq və öz cürətlərinə heyrətlənərək, yalnız bir sual verəcəklər: “Bunu yerli istehsal olan kəndirlərlə etmək olarmı?'.

Bu ironik və ritorik sualına özü cavab verən Putin davam edib: "Amma burada da onları uğursuzluq gözləyir.  Çünki amerikalılar çətin ki, özlərinin tekstil sənayesi üçün belə böyük sifarişdən imtina etsinlər”.

Musavat.com

 

16.07.2023 17:03
1623