Putin: Avropa Rusiyadan qazın fasiləsiz axınına görə Türkiyəyə minnətdar olmalıdır

Avropa Rusiyadan təbii qazın fasiləsiz axınına görə Türkiyəyə minnətdar olmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

O, həmçinin, Türkiyənin Suriyada vəziyyətin normallaşmasına dair atdığı addımların vacibliyini də vurğulayıb.

05.08.2022 17:15
816