Putin Alyaskaya gəldiyi təyyarə haqqında MƏLUMATLAR - Bu seçim təsadüfi deyil

Putin ABŞ-a Rusiyada istehsal olunan IL-96 təyyarəsi ilə gəlib.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-a səfərini Rusiyada istehsal olunan IL-96 təyyarəsi ilə həyata keçirib.

Bu təyyarə artıq seriyada istehsal olunmur. Lakin Qərb sanksiyalarından sonra Rusiya 2030-cu ilə qədər 1000 IL-96 təyyarəsi istehsal etməyi planlaşdırdığını açıqlayıb. Məqsəd Boeing və Airbus təyyarələrindən asılılığı azaltmaqdır.

Putinin gəldiyi IL-96 təyyarəsi 4 yaşındadır. Reuters hesab edir ki, bu addımla Putin ABŞ qarşısında “güclü və müstəqil aviasiya sənayesi yaratmaq” kursunu nümayiş etdirmək istəyib. 

 

Musavat.com

16.08.2025 01:47
1087