Putin açıqladı: "Ukrayna danışıqlar prosesindən..."

Rusiya Prezidenti Vladimir Putin, Sankt-Peterburqda pilotsuz uçuş aparatları zavoduna səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən Ukraynanın danışıqlar prosesindən kənarlaşdırılmadığını bildirib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya danışıqlarda iştirak edəcək və münaqişənin həlli Moskva üçün prioritet məsələ olaraq qalır.

Musavat.com -un hazırladığı xəbərdə bildirilir ki, Putin Ər-Riyadda keçirilən ABŞ-Rusiya görüşlərinə də toxunaraq, Vaşinqtonun danışıqlarda əvvəlki kimi qərəz nümayiş etdirmədiyini və fərqli yanaşma sərgilədiyini qeyd edib:

“Amerikalı tərəfdaşlarla görüşdə tamam başqa insanlar iştirak edirdi – qərəzsiz və ittihamlar səsləndirmədən.”

Bununla yanaşı, Rusiya lideri diplomatik nümayəndələrin ölkədən çıxarılmasının iki ölkə arasındakı münasibətləri gərginləşdirdiyini və müsbət nəticələrə gətirib çıxarmadığını vurğulayıb.

Bu açıqlamalar Moskvanın Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu və Vaşinqtonla münasibətlərdə yeni yanaşmaların meydana çıxdığını göstərir.

Musavat.com

19.02.2025 19:42
893