Puqaçova Rusiyaya qayıtmağı planlaşdırır: Qızı ulduz anasının niyyətindən DANIŞDI

Alla Puqaçova əri və uşaqları ilə birlikdə Ukraynada müharibənin başlamasına etiraz əlaməti olaraq iki illik mühacirətdən sonra Rusiyaya qayıtmaq istəyir.

Alla Puqaçova 2022-ci ilin fevralında Rusiyanı tərk edərək İsrailə gedib. Son iki il yarım ərzində o, üç dəfə vətəninə səfər edib. Onun Rusiyadakı mülkü, o cümlədən Qryad kəndindəki evi hələ də ailənin mülkiyyətindədir.

Puqaçovanın qızı Kristina Orbakayte anasının ölkəyə qayıtmaq planlarından danışıb.

“Uşaqlarım, anam və mənim üçün ən böyük arzu, hər kəsi yenidən Moskvadakı evimizdə bir araya gətirməkdir. Mütləq bayram üçün deyil, nəhayət görüşmək üçün. Həyatın və şəraitin bizi dünyanın müxtəlif yerlərinə necə səpələdiyinə inanmaq bizim üçün çətindir”.

Puqaçovanın qızı əsasən ABŞ-da yaşasa da, onun və bütün ailənin Rusiya üçün darıxdığı göz qabağındadır.//Lent.az
 

15.09.2024 03:01
507