Musavat.com Lent.az-a istinadən kino tarixindən daha bir maraqlı əhvalatı təqdim edir.
“Tanrılar dəli olmalı” filmində rol alan Afrikanın yerli qəbilə üzvlərindən olan N Xau ilk filmdə 300 dollar qazanıb.
36 yaşında ilk dəfə pulla qarşılaşan zənci onu necə xərcləyəcəyini bilmirdi. Maddi dəyərlərə dəyər verməyən mədəniyyətdən gəldiyi üçün qazandığı pulla ailəsini su və işıqla kərpicdən ev tikməyə sərf etsə də, gəlirini idarə etmək bacarığı yox idi.
1989-cu ildə ekranlara çıxan ikinci filmdə o, 80 min dollar qazanıb. Bu pulla kapitalist həyatını öyrənib. Şöhrətlənib və bütün dünyanı gəzib, başqa filmlərdə rol alıb. Amerikaya, Parisə, Yaponiyaya gedib.
Qəbilə adamı, sivil ağ adamların istifadə etdiyi bir fiqura çevrilib. Alkoqol və siqaretə aludə olub. Sərxoş zəncini daha filmlərə çəkməyiblər, ona olan maraq itib, pulu tükənib. 1997-ci ildən sonra həyat yoldaşı Kora, dörd qızı və iki oğlu ilə Kalahari səhrasına qayıdıb.
N Xau da Afrikaya dönməli olub. 2003-cü ilə qədər tayfası və ailəsi ilə burada təvazökar bir həyat sürüb, əkinçiliklə məşğul olub. 2003-cü ilin iyul ayında Xau odun yığmaq üçün evdən çıxıb və geri qayıtmayıb. Ailəsi günlərlə onu axtarıb. Axtarışların 4-cü günündə səhrada ölü tapılıb. Cəsədi iylənib və heyvanlar parçalayıb. Ölüm səbəbi bəlli olmayıb.