Prokurorluq məşhur prodüserə qarşı ittihamları ləğv etdi

Britaniya Prokurorluğu Harvi Vaynşteynə qarşı cinsi təcavüz ittihamlarını ləğv edib.

Bu barədə "The Guardian" məlumat yayıb.

İddia edilən cinayət 1996-cı ildə baş verib. Porkurorluq indi belə nəticəyə gəlib ki, onun barəsində məhkumluğu təmin etmək üçün artıq real perspektiv yoxdur.

Qeyd edək ki, 2020-ci ildə Nyu-Yorkda keçirilən məhkəmə prosesindən sonra prodüser zorlama və cinsi zorakılığa görə 23 il həbs cəzasına məhkum edilib. Keçən ilin fevralında isə ona 2013-cü ildə Los-Ancelesdə aktyora təcavüz etdiyinə görə də 16 il həbs cəzası verilib.

Xatırladaq ki, Harvi Vaynşteyn hazırda Nyu-Yorkda həbsxanadadır. (Axşam.az)

07.09.2024 12:53
669