Prokurorluq atraksionda ölən qadınla bağlı MƏLUMAT YAYDI

Abşeron Rayon Prokurorluğunda Xırdalanda qadının atraksiondan yıxılaraq ölməsi faktı araşdırılır.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-i rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

10.06.2023 15:00
1231