Prokurorluq Ağdaş sakininin intihara cəhdini araşdırır

Ağdaş rayon sakininin dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Vətən müharibəsi iştirakçısı 1987-ci il təvəllüdlü, Ağdaş rayon Nehrəxəlil kənd sakini Vüsal Məmmədovun dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı ilə bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

21.07.2022 21:21
487