Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.
Baş Prokurorluqdan Musavat.com-a verilən məlumata görə, baş verən yanğınla bağlı hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər.
Zəruri istintaq hərəkətləri aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.