Professor Allahverdi Həsənov vəfat edib -FOTO

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Allahverdi Həsənov vəfat edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Həsənov 1957-ci ildə Şəki rayonunda anadan olub.1992-ci ildən İdarəetmə Sistemləri İnstitutunda sektor və laboratoriya rəhbəri vəzifəsində çalışıb, daha sonra isə 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin, eləcə də dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyasının müdiri olub.

O, həm də Azərbaycan Memarlıq və İnşaat Universitetində yarımştat olaraq professor vəzifəsində çalışırdı

Professor Allahverdi Həsənov vəfat edib

30.08.2024 10:34
1089