"Prius"un iştirakıyla daha bir qəza - VİDEO

Ötən gün paytaxtın Nizami rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. 

Bu barədə BAKU.WS-ə daxil olan məlumata görə, hadisə Qara Qarayev metrosu yaxınlığında qeydə alınıb. 

Məlumata görə, qəza nəticəsində Toyota "Prius" markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını səkiyə çıxarıb.

Hadisə zamanı xəsarət alanlar barədə məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

05.01.2023 18:15
650