Priqojinlə vida mərasimi qapalı formatda keçirildi

Vaqnerin yaradıcısı Yevgeni Priqojinin dəfn mərasimi Sankt-Peterburqda keçirilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, məhdud insanların əhatəsində keçirilən mərasim Sankt-Peterburqdakı qəbiristanlıqların birində baş tutub.

Priqojinə məxsus “Konkord” şirkəti tərəfindən verilən açıqlamada “Onunla vidalaşmaq istəyənlər Porohovskoye qəbiristanlığını ziyarət edə bilərlər”, – deyə, bildirilib.

Musavat.com

29.08.2023 19:58
787