"Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün versiyalar diqqətlə yoxlanılır"

Rusiya İstintaq Komitəsi (İK) Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün mümkün versiyaları diqqətlə yoxlayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“İstintaq baş verənlərlə bağlı bütün mümkün versiyaları diqqətlə yoxlayacaq”, - məlumatda deyilir.

Qurumdan qeyd olunub ki, qəza zamanı ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün molekulyar-genetik ekspertizalar aparılır.

“İstintaq uçuş registratorlarını götürüb, hadisə yerinin ətraflı müayinəsi davam edir. Hazırda qəzanın bütün hallarını müəyyən etmək üçün vacib olan əşyalar və sənədlər də götürülür, lazımi məhkəmə-tibbi ekspertiza təyin olunacaq”, - Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən vurğulanıb.

25.08.2023 22:39
429