“Vaqner” xüsusi hərbi təşkilatının eks-rəhbəri Yevgeni Priqojinin sensasion videosu yayılıb.
Musavat.com xəbər verir ki, Priqojin öz müsahibəsində rus ordusunu və Rusiya dövlət rəhbərliyini yerdən-yerə vurur, təhqir edir, söyür.
Eyni zamanda Ukrayna ordusunun yenilməz gücündən danışır.
Həmin görüntünü təqdim edirik:
@@TVmusavat/89044@@
Xatırladaq ki, 2023-cü il avqustun 23-də – “vaqnerçilər”in qiyamından 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində Priqojindən başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb.