Lideri Yevgeni Priqojinin ölümündən sonra “Vaqner” qrupuna komandanlıq edən Anton Yelizarov (“Lotos”) Rusiyada yoxa çıxıb.
Bu barədə VÇQ-OQPU Teleqram kanalı məlumat yayıb.
Kanal yazır ki, Lotos bu yaxınlarda əlaqəni kəsib. Mənbənin iddiasına görə, Yelizarov Rusiyanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Amma məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
“Lotos “Vaqner”dən ayrılaraq rəhbərlik etdiyi qüvvə ilə birlikdə Rusiya Müdafiə Nazirliyinin himayəsinə keçən Andrey Troşevlə müqayisədə daha sərfəli görünürdü. Sonradan Yelizarov “Rosqvardiya”ya yaxınlaşdı ki, bu da onun “Vaqner”in müstəqilliyini saxlamaq istəyən çevrələrdəki nüfuzunu sarsıtdı”, - kanal bildirib.
Yevgeni Priqojin ötən il avqustun 23-də Rusiyanın Tver vilayətində öldürülüb. Priqojin və “Vaqner”in rəhbər şəxslərini daşıyan təyyarə vilayət üzərində vurulub. (Teleqraf.com)