“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Belarusun paytaxtı Minskdə görünüb. Brief Telegram kanalının yaydığı məlumata görə, Priqojin Minsk ətrafındakı Green City üçulduzlu otelində qalır.
Bu gün həmçinin o da məlum olub ki, Rusiya ərazisində “Vaqner”in döyüşçü toplama mərkəzlərinin işi də bərpa olunub. Novosibirsk, Tümen, Krasnodar əyalətlərindəki mərkəzlərdə üzvlüyə qəbul prosesinə yenidən start verilib.
Qeyd edək ki, iyunun 23-24-də hərbi qiyam qaldıran Y.Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyindən sonra hərbi qüvvələrini Moskva yaxınlığından geri çəkib. Daha sonra Putinlə əldə olunan razılaşmaya əsasən onun Belarusa gedəcəyinə dair məlumat açıqlanıb.
Musavat.com