Priqojin Belarusda şirkət yaratdı  

"Vaqner" özəl hərbi qrupunun rəhbəri Yevgeni Priqojin Belarusda şirkət təsis edib.

Musavat.com xəbər verir ki, "Konkord Menecment i Konsaltinq" adlı məhdud məsuliyyətli cəmiyyət iyulun 19-da Belarusun müvafiq dövlət qurumu tərəfindən qeydə alınıb.

Şirkətin qeydiyyat ünvanı Mogilevsk əyaləti Osipoviç rayonunda Tsel kəndi göstərilir. Həmin kənddə "Vaqner" qrupunun düşərgəsi yaradılıb.

Fəaliyyət istiqaməti daşınmaz əmlak sahəsi göstərilən şirkətin rəhbəri Y. Priqojinin özüdür.

Musavat.com

22.07.2023 13:00
888